AÇ-2016: İspaniya millisindən növbəti rekord

AÇ-2016: İspaniya millisindən növbəti rekord

Avropa çempionatının qrup mərhələsində Türkiyə ilə qarşılaşan İspaniya millisi özünün rekordunu yeniləyib.

APA-nın məlumatına görə, ispanlar ardıcıl 7 oyundur ki, Avropa çempionatlarının final mərhələsində qapılarında top görmürlər.

Visente del Boskenin yetirmələri son dəfə 2012-ci il, iyunun 10-da Avropa çempionatının qrup mərhələsinin İspaniya – İtaliya matçında qol buraxıblar. Həmin matç 1-1 hesabı ilə nəticələnib.

0
10