Moskva metrosunda tüstülənmə: 500 nəfər təxliyə edildi

Moskva metrosunda tüstülənmə: 500 nəfər təxliyə edildi

Moskvanın “Krasnoqvardeyskaya” metro stansiyasında tüstülənmə baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

500 nəfərin stansiyadan təxliyə edildiyi bildirilir.

İnsidentə səbəb stansiyalar arasında enerji kabelinin yanması olub.

Hazırda metro stansiyası bağlanıb, metropolitenin “Domodedovskaya” – “Alma-Atinskaya” xəttində qatarların hərəkəti dayandırılıb.

0
21