Fatih Terim: “Nə lazımdısa, onu da edəcəyik”

Fatih Terim: “Nə lazımdısa, onu da edəcəyik”

 “Belə bir hesabdan sonra nə lazımdısa, onu da edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniya ilə qarşılaşan “ay-ulduzlular”ın təcrübəli çalışdırıcısı fikirlərini bölüşüb: “Mən nə oyunçu, nə də məşqçilik zamanlarımda yarıda buraxmağı, vaz keçməyi ağlıma gətirmədim, nə də vaz keçən insanlarla birlikdə olmadım. Bugünkü komanda oyundan əlini üzmüş kimi görünürdü. Gərəyini edəcəyimdən kimsənin şübhəsi olmasın. Çox üzgün olduğumu hər kəsin bilməsini istəyirəm”.

Terim azarkeşlər tərəfindən fita basılan Arda haqqında da danışıb: “Ardaya edilənlər heç kim üçün xoş deyildi. Yəqin ki, ondan gözləntiləri yüksək idi ki, belə reaksiya verdilər. Ona qarşı olan münasibət bütün komandaya neqativ təsir etdi”.

0
25