İspaniya millisi Türkiyəni darmadağın etdi - VİDEO

İspaniya millisi Türkiyəni darmadağın etdi - VİDEO

Morata dubla imza atıb.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının “D” qrupunda növbəti oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Nitsa şəhərinin “Alyans Rivyera” stadionunda Türkiyə və İspaniya yığmaları qarşılaşıb.

Matç Pireney təmsilçilərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 34-cü dəqiqədə Alvaro Morata açıb. Üç dəqiqə sonra Nolito ikinci topu Türkiyənin qapısından keçirib.

İkinci hissənin əvvəllərində Morata Fatih Tərimin yetirmələrini üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 

Bu qələbə sayəsində xallarını altıya çatdıran İspaniya yığması Fransa və İtaliyanın ardınca turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

0
16