Çexiya yığması dramatik oyunda bir xal qazandı

Çexiya yığması dramatik oyunda bir xal qazandı

Matç Sent-Etyen şəhərinin “Jeffrua-Qişar” stadionunda keçirilib.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının növbəti oyununda Xorvatiya və Çexiya yığmaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Sent-Etyen şəhərinin “Jeffrua-Qişar” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

37-ci dəqiqədə İvan Perişiç komandasını hesabda irəli çıxarıb. Matçın 59-cu dəqiqəsində Xorvatiya hesabı 2:0-a çatdırıb. Bu dəfə İvan Rakitiç fərqlənib. 

Lakin Çexiya millisi bu hesabla barışmayıb. Pavel Vrbanın yetirmələri oyunun 76-cı dəqiqəsində Milan Skod, hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə isə Tomas Necidin 11 metrlik zərbədən vurduğu qollarla oyunda bərabərlik yaradıblar.

0
14