Nigerdə silahlılar qaçqın düşərgəsinə hücum etdi: 7 ölü, 12 yaralı

Nigerdə silahlılar qaçqın düşərgəsinə hücum etdi: 7 ölü, 12 yaralı

Nigerdə “Boko Haram” silahlıları qaçqın düşərgəsinə hücum edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-şərqində qeydə alınıb.

Hücum nəticəsində Nigeriyadan olan qaçqınları mühafizə edən 7 polis öldürülüb, 12-si yaralanıb.

Niger hökuməti Fransaya müraciət edərək hərbi yardım istəyib. Hazırda Afrika qitəsinin bir neçə ölkəsində radikal qruplaşmalarla mübarizə məqsədilə 3,5 min Fransa əsgəri yerləşdirilib.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

0
14