​GP2 seriyasında sıralama yürüşünə yekun vurulub

​GP2 seriyasında sıralama yürüşünə yekun vurulub

Starta ən yaxın mövqedə “Prema Racing” komandasının pilotu Antonio Covinatsi çıxacaq.

GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sıralama yürüşü başa çatıb.

Oxu.Az-ın məlumatına görə, sabah? iyunun 18-də, baş tutacaq ilk yarışda start xəttində pilotların ardıcıllığı məlum olub.

Starta ən yaxın mövqedə “Prema Racing” komandasının pilotu Antonio Covinatsi çıxacaq. O, 1 dövrəni 1:51.752 dəqiqəyə qət edib.

Covinatsini ART komandasının üzvü Nobuxara Matsişuta (1:51.841) izləyəcək. İlk "üçlüy"ün sonuncusu isə onun komanda yoldaşı Sergey Sirotkin (1:52.532) olacaq.
 
İyunun 18-da saat 12:00-da başlayacaq I yürüşdə pilotların sıralaması aşağıdakı kimi olacaq:
 
1. Antonio Covinatsi – “Prema Racing (20)

2. Nobuxara Matsişuta – ART (1)

3. Sergey Sirotkin – ART (2)

4. Rafael Marçello – “Russian Time” (9)

5. Luka Qyotto – “Trident” (15)

6. Olivyer Roulend – “MP Motorsport” (22)

7. Marvin Kirxgover – “Karlin” (18)9)

8. Pyer Qasli – “Prema Racing” (21)

9. Norman Nato – “Racing Engineering” (3)

10. Serxio Kanamasas – “Karlin” (18)

11. Cordan Kinq – “Racing Engineering” (4)

12. Artyom Markelov – “Russian Time” (10)

13. Aleks Linn – DAMS (5)

14. Nikolya Latifi – DAMS (6)

15. Mitç Evans – “Pertamina Campos Racing” (7)

16. Artur Pik – “Rapax” (12)

17. Daniel de Yonq – “MP Motorsport” (23)

18. Cimmi Eriksson – “Arden International” (25)

19. Qustav Malya – “Rapax” (11)

20. Şon Gelael – “Pertamina Campos Racing” (8)

21. Nabil Jefri – “Arden International” (24)

22. Filo Pas Armand – “Trident” (14)

0
24