Bakı trekində saatda 351 kilometr sürət qeydə alınıb

Bakı trekində saatda 351 kilometr sürət qeydə alınıb

İyunun 17-də Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub.

Xatırladaq ki, Formula-1 Avropa Qran-pri yarışlarında maksimim sürət saatda 340 kilometr nəzərdə tutulur.

0
15