İtaliya yığması “Avro-2016”nın 1/8 final mərhələsinə vəsiqə qazanıb

İtaliya yığması “Avro-2016”nın 1/8 final mərhələsinə vəsiqə qazanıb

Antonio Kontenin yetirmələri İsveç millisinə minimal hesabla qalib gəliblər.

İtaliya millisi Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, “E” qrupunda yer alan Antonio Kontenin yetirmələri bu gün qrup mərhələsinin ikinci turunda İsveç yığmasını minimal hesabla məğlub ediblər.

Matçda yeganə qolu 88-ci dəqiqəsində Eder vurub.

Bu qələbədən sonra xallarını altıya çatdıran Appennin təmsilçiləri 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər. 

İlk turda İrlandiya yığması ilə heç-heçə edən (1:1) isveçlilər bir xalla qrupda üçüncü yerdə qərarlaşıblar. 

0
23