Bəyazit Öztürk evlənir? – VİDEO

Bəyazit Öztürk evlənir? – VİDEO

Artıq toy hazırlıqlarının tamamlandığı vurğulanıb.

Türkiyə mətbuatında “Bəyaz şou”nun müəllifi və aparcısı Bəyazit Öztürkün (Bəyaz) izmirli xanımla evlənəcəyi haqqında xəbərlər yer alıb.

Oxu.Az xəbər verir ki, dərc olunan məqalələrdə şoumenin nikah mərasimi üçün Çeşme İlıcada bir oteli bağlatdırdığı qeyd olunub. Yalnız ailə üzvləri və yaxın dostlarının iştirak edəcəyi məclis üçün hazırlıqların tamamlandığı vurğulanıb.

Xatırladaq ki, yaxın günlərdə “Beyaz şou”da qonaq olan Ayla Çelik “Bağdad” mahnısını Beyazıt Öztürk ilə birlikdə ifa etmiş və bu duet çox bəyənilmişdi. Bundan sonra Türkiyə mətbuatında onların sevgili olması barədə məlumatlar öz əksini tapmışdı. Sonradan Ayla Çelik həmin xəbərləri yalanlamış, Öztürk isə səssizliyi üstün tutmuşdu.

0
15