Bakıda bordürlərlə əlaqədar problemə görə GP2 yarışlarının vaxtı dəyişdirildi

Bakıda bordürlərlə əlaqədar problemə görə GP2 yarışlarının vaxtı dəyişdirildi

Problemlərin aradan qaldırılması üçün işlər aparılmalıdır.

Bakıda GP2 təsnifi “Formula-1”-in ikinci cümə məşqindən sonra keçiriləcək. 

Oxu.Az motosport-a istinadən xəbər verir ki, bu gün GP2-nin 30 dəqiqəlik təsnif sessiyası vaxtında başlayıb.

Amma yarış iştirakçıları boksları tərk etdikdən dərhal sonra qırmızı bayraqlara görə geri qayıtmalı olublar. 

Təsnifin vaxtını dəyişmək lazım gəlib. Yarışların vaxtının dəyişdirilməsinə səbəb bordürlərlə əlaqədar yaranan problem olub, belə ki, bordür avtomobilin təkərlərinə ciddi ziyan vurur.

Beynəlxalq Avtoidman Federasiyasının inspektorluğu təsdiqləyib ki, bordürlərlə əlaqədar problemi aradan qaldırmaq lazımdır. 

Nəticədə sessiyanın artıq “Formula-1”-in ikinci məşqindən sonra saat 19.00-da başlanılması planlaşdırılır. 

0
16