Ronaldo formasını rəqibinə vermədi - VİDEO

Ronaldo formasını rəqibinə vermədi - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Avro-2016”da İslandiya ilə oyun başa çatandan sonra rəqib futbolçu Aron Qunnarssona hörmətsizlik edib.

Qol.az-ın Almaniyanın “Bild” qəzetinə istinadən yaydığı xəbərə görə, islandiyalı iki dəfə Ronaldodan formalarını dəyişməyə xahiş etsə də, “Real”In hücumçusu bundan imtina edib.

A.Qunnarsson üçüncü dəfə Ronaldoya müraciət etdikdə isə o belə cavab verib: “Sən axı kimsən ki, forma da dəyişim?”

0
12