Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Faktla bağlı araşdırma aparılır.

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4,537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1,160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
28