"Formula-1"in birinci test yürüşündə qalib BƏLLİ OLDU

"Formula-1"in birinci test yürüşündə qalib BƏLLİ OLDU

İyunun 17-də saat 13:00-da start götürən Formula-1 Avropa Qran-prisinin birinci test yürüşü başa çatıb.

Lent.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, hər biri iki pilotdan ibarət 11 komandanın qatıldığı yarışda “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk üçlüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə).

Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.

0
20