“AÇQ” Azərbaycana 1,1 milyard dollar qazandırdı

“AÇQ” Azərbaycana 1,1 milyard dollar qazandırdı

Yeni hesabat.

Dövlət Neft Fondu (SOFAZ) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından 2016-cı ilin aprelin 1-ə əldə edilən gəlirlərini açıqlayıb.

Bu barədə Fonddan Oxu.Az-a bildirilib.

Məlumata görə, bu ilin yanvar-mart aylarında AÇQ yataqları üzrə fond 1 milyard 137 milyon ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 40 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,146 milyard ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 2,483 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.

Ülviyyə R. Əli

0
18