Sevdiyinə ərə getmək istədiyi üçün qardaşı tərəfindən öldürüldü

Sevdiyinə ərə getmək istədiyi üçün qardaşı tərəfindən öldürüldü

Qadın və sevdiyi kişi qohum idilər.

Pakistanlını sevdiyinə ərə getmək istəyən bacısının qətlində ittiham edirlər.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

“O, ərə getmək istəyirdi, amma biz razılığa gələ bilmədik. Dalaşdıq. O, mənim bacım idi, onu öldürmək istəmirdim. O hadisədən sonra daima ağlayıram”, - qətldə ittiham edilən Sahib Məsih bildirib. 

“Onlar mübahisəyə başladılar. O, bacısını dəyənəklə vurdu, amma öldürmək istəmirdi. Mənə elə gəlir ki, bu namus məsələsinə çevrildi”, - qatilin və qurbanın atası Yusuf Məsih bildirib. 

Onun sözlərinə görə, qadın və sevdiyi kişi qohum idilər –məhz bu fakt ailədə narazıçılığa səbəb olub.

“Namus üstə qətl”lər hələ də Pakistanda rast gəlinən hallardır. 2015-ci ildə minlərlə qadın bunun qurbanı olub. 

Hələ aprel ayında ölkənin baş naziri Navaz Şərif belə qətllərə əsasən səbəb kimi məişət mübahisələri, nikahdankənar münasibətlərə dair şübhələr və ərə getməkdən imtina olduğunu bildirib.  

Belə hadisələr əsasən islam mühitində baş verir, amma budəfəki qurban xristian ailəsidir.

CNN qeyd edib ki, bu xristianların yerli ənənələri mənimsədiyini göstərir. 

0
29