Kventin Tarantino incəsənət üzrə doktor dərəcəsini aldı

Kventin Tarantino incəsənət üzrə doktor dərəcəsini aldı

Elmi dərəcələrin təqdim edilmə mərasimi Hollivudda TCL Çin teatrında baş tutub.

Kventin Tarantino mükafat və adlarının siyahısına birini də əlavə edib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “İyrənc səkkizlik” filminin yaradıcısı Amerika Kino Sənəti İnstitutunun incəsənət üzrə doktor dərəcəsini alıb.

Tarantino üçün mükafatın özəlliyi, onun kino sənəti xadimi olmasıdır. Halbuki, o, heç bir ixtisas tədris müəssisəsini bitirməyib.

Elmi dərəcələrin təqdim edilmə mərasimi Hollivudda TCL Çin teatrında baş tutub.

Qeyd edək ki, Amerika Kino Sənəti İnstitutunun incəsənət üzrə doktor dərəcəsini Klint İstvud, Ceyms Erl Cons, Spayk Li, Helen Mirren və Devid Linç alıb. 

Aytən Sadıqzadə

0
29