Ermənistanda ordu zabitləri ilə polis arasında DAVA

Ermənistanda ordu zabitləri ilə polis arasında DAVA

Ermənistanda 4 zabit hərbi polis əməkdaşını döyüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hadisə iyunun 15-də Vardenis şəhərində baş verib. Andranik Matevosyan adlı polis zabitlərin olduğu avtomobili saxlayıb. Bu, zabitlərin xoşuna gəlməyib və mübahisə yaranıb. Nəticədə 4 hərbçi polisi döyüb.

Hücum edən şəxslər saxlanılıb. Faktla bağlı "dövlət məmuruna qarşı zorakılıq" maddəsi ilə cinayət işçi başlanılıb. Saxlanılan zabitlərin Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin əməkdaşları olduğu deyilir.

0
8