Ukraynada silahlı cinayətkarlar azərbaycanlını qarət etdilər

Ukraynada silahlı cinayətkarlar azərbaycanlını qarət etdilər

Naməlum şəxslər silahla hədələyərək 30 000 dollar məbləğində pulu ələ keçiriblər.

Xarkovda silahlı cinayətkarlar azərbaycanlını qarət etdilər.

Oxu.Az “057.ua”ya istinadən xəbər verir ki, hadisə 16 iyunda Saltov yolunda baş verib. 

“Hadisə haqqında məlumat bu gün Moskva polis bölməsinə saat 15.20 radələrində daxil olub. Saltov yolunda iki naməlum şəxs 47 yaşlı şəxsə silah tətbiq etməklə hədələyərək 30 min dollar məbləğində pulunu ələ keçiriblər”, - Xarkov vilayətinin Milli Polis Baş İdarəsindən bildiriblər. 

“057.ua”ya bildiridiyinə görə, qarət olunan kişi Azərbaycan vətəndaşıdır, cinayətkarlar rezin güllələri olan tapançadan havaya atəş açıblar. 

Moskva şöbəsinin müstəntiqi Ukrayna Cinayət Məcəlləsinə “quldurluq” maddəsi üzrə cinayət işi açıb. 

0
20