Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər

Rusiya və Yaponiya sülh sazişini müzakirə edəcəklər

Rusiya və Yaponiyanın rəsmi şəxsləri iyunun 22-də Tokioda iki ölkə arasında sülh sazişinin problemlərinə dair danışıqlar aparmaq niyyətindədirlər.  

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın XİN rəhbəri Fumio Kisida bildirib.

“Mən perspektivli və məhsuldar danışıqların aparılacağına ümid edirəm”, - deyə Kisida bildirib.  

Onun sözlərinə görə, görüşdə Yaponiya hökumətinin Rusiya ilə danışıqlarda xüsusi nümayəndəsi Tikahiro Harada və Rusiya XİN rəhbərinin müavini İqor Morqulov iştirak edəcək.

0
11