Putin: “Biz, demək olar ki, iqtisadi tənəzzüllü adlamışıq”

Putin: “Biz, demək olar ki, iqtisadi tənəzzüllü adlamışıq”

“Rusiya, demək olar ki, iqtisadi tənəzzüllü adlamışıq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikri Rusiya prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı bildirib.

“Biz, demək olar ki, iqtisadi tənəzzüllü adlamışıq, artım trayektoriyasına çıxmaq üçün baza şərait artıq yaradılıb, makroiqtisadi sabitliyi təmin etmək mümkün olub, inflyasiyanın səviyyəsi xeyli düşüb”, - deyə Putin bildirib.

Prezidentin sözlərinə görə, obyektiv çətinliklərə baxmayaraq, Rusiya kapitalın hərəkətinə heç bir məhdudiyyət tətbiq etməyib və bundan sonra da etmək niyyəti yoxdur.

O, əlavə edib ki, Rusiya bazarı inkişafda olan bazarlar arasında hələ də ən açığı olaraq qalmaqdadır.

0
23