Rusiyalı azarkeşlər tutuldu - Almaniyada

Rusiyalı azarkeşlər tutuldu - Almaniyada

Almaniyada Keln kilsəsi qarşısında üç ispan turisti ilə dava salan 6 rusiyalı azarkeşdən beşi saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  rusiyalı azarkeşlər şəhərin mərkəzində ispan turistlərinə  xəsarətlər yetirməkdə şübhəli bilinərək Keln polisi tərəfindən saxlanılıblar.

İspanlardan iki nəfərinə müxtəlif xəsarətlər yetirilib, bir nəfər xəstəxanaya yerləşdirilib.

Saxlanılan şəxslərdə Rusiya-İngiltərə matçına biletlər olub. Onlar ötə gün axşam Moskvaya uçmağı planlaşdırıblarmış.

0
18