Castin Biber şou-biznesi tərk edir

Castin Biber şou-biznesi tərk edir

Kanadalı müğənni Castin Biber açıqlaması ilə pərəstişkarlarını təəssüfləndirib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki,o, musiqi karyerasına bir müddət fasilə verəcəyini açıqlayıb. Hazırda Castin dünya turnesini başa çatdırmaq üzrədir və bundan sonra şou-biznesi tərk etməyi düşünür.

O, son zamanlar ünsiyyətdən qaçdığını və aqressiv davranış nümayiş etdirdiyini əsas gətirib. Castin dünya turnesi çərçivəsində qazandığı pulu səyahətə və yaxınları ilə maksimum vaxt keçirməyə sərf etməyi planlaşdırır.  Amma Biber bunu bir müddət icra edəcək. O, istirahət etdikdən sonra, sağlamlığı ilə bağlı problemləri aradan qaldıraraq yenidən səhnəyə qayıdacağına ümid etdiyini bildirib.

0
19