Dağıstanda dörd silahlı məhv edilib

Dağıstanda dörd silahlı məhv edilib

Dağıstanın Süleyman-Stalski rayonunda keçirilən xüsusi əməliyyat zamanı dörd silahlı məhv edilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, silahlı şəxslər xüsusi təyinatlılara atəş açıb. Atışma zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, iki nəfəri isə yaralanıb.    

Məlumata görə, hazırda əməliyyat səhər saatlarınadək  dayandırılıb. Əməliyyatın yekun nəticələri silahlıların mövqe tutduqları blindaja baxış keçirildikdən sonra bəlli olacaq.  

0
17