Ukraynada azərbaycanlı silahlı soyğuna məruz qaldı

Ukraynada azərbaycanlı silahlı soyğuna məruz qaldı

Xarkovda silahlı cinayətkarlar Azərbaycan vətəndaşını qarət ediblər.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Xarkovun Saltovski küçəsində baş verib.  

“47 yaşlı zərərçəkmiş şəxs polisə zəng edərək, binanın girişində iki silahlı şəxsin ona hücum etdiyini bildirib. Onun sözlərinə görə, qarətçilər silahla ona hədə-qorxu gələrək, üzərindəki 30 min dollar pulu götürərək hadisə yerini tərk ediblər”, - deyə Xarkov şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, cinayətkarlar hücum zamanı havaya atəş açıblar. Hadisə ilə əlaqədar Ukrayna CM-nin “soyğunçuluq” maddəsi üzrə cinayət işi başlanıb.

0
18