Fransadan rusiyalı azarkeşlərə həbs cəzası

Fransadan rusiyalı azarkeşlərə həbs cəzası

Marsel məhkəməsi Avro-2016 çərçivəsində İngiltərə-Rusiya matçı ərəfəsində  baş vermiş iğtişaşlarla bağlı iş üzrə üç rusiyalı azarkeşə hökm qərarı çıxarıb.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə rusiyalı azarkeşləri 1 ildən 2 ilədək müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, hər üç şəxs iğtişaşlar zamanı çəkilmiş videçarxlarda əks olunub. Lakin Rusiya tərəfi videolarda  həmin şəxslərin zərbə endirməsi səhnələri əks olunmadığını iddia edir.  

Qeyd edək ki, UEFA Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.

Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.

Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.

Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.

0
27