Suriyada rusiyalı hərbçi həlak olub

Suriyada rusiyalı hərbçi həlak olub

Suriyada ağır yaralanan rusiyalı hərbçi həlak olub.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumatda bildirilir ki, iyunun 7-də Moskvanın Burdenko adına Baş hərbi kliniki hospitalında kiçik çavuş Mixail Şirokopoyas Suriyada rusiyalı hərbçilərin avtomobil karvanının atəşə tutulması nəticəsində aldığı  güllə yaralarından keçinib.

Onun bu ilin mayın birinci yarısında Suriyanın Hələb əyalətində yaralandığı bildirilir.

Mixail Şirokopoyasın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif olunması ilə bağlı təqdimat verilib.

0
18