Almaniya və Polşa yığmaları heç-heçə oynadılar

Almaniya və Polşa yığmaları heç-heçə oynadılar

Qarşılaşma “Stad de Frans” arenasında baş tutub.

Futbol üzrə Avropa çempionatında “C” qrupu çərçivəsində turun ikinci qarşılaşması keçirilib.

Oxu.Az xəbər verir ki, Almaniya və Polşa yığmaları üz-üzə gəlib. 

Paris ətrafında yerləşən Sen-Deni şəhərinin “Stad de Frans” arenasında keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarını dördə çatdıran Almaniya və Polşa milliləri qrupda müvafiq olaraq birinci və ikinci yerləri bölüşdürürlər.

Hesabında üç xalı olan Şimali İrlandiya yığması üçüncü, qrup mərhələsinin ilk iki oyununda məğlub olan Ukrayna millisi isə sonuncu dördüncü pillədə qərarlaşıb. 

0
21