Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

“Mercedes” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində “Mercedes” və “VAZ 2106” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2106”də olan qadın sərnişin hadisə yerində ölüb. Biri uşaq olmaqla, altı nəfər müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

0
39