Ukrayna “Avro-2016”da ikinci məğlubiyyətlə üzləşib - VİDEO

Ukrayna “Avro-2016”da ikinci məğlubiyyətlə üzləşib - VİDEO

Lion şəhərinə dolu yağması səbəbindən oyunda fasilə yaranıb.

Ukrayna yığması Fransada keçirilən Avropa çempionatının ikinci turun oyununda Şimali İrlandiya komandasına uduzub.

Oxu.Az xəbər verir ki, Lion şəhərində keçirilən matç Britaniya təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesab 49-cu dəqiqədə açılıb. Andrey Pyatovun qapısına müdafiəçi Qaret Makauli yol tapıb. 

Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Niall Makqinn hesabı 2:0-a çatdırıb.

Qeyd edək ki, qarşılaşma 58-ci dəqiqədə dayandırılıb və 3 dəqiqədən sonra davam etdirilib. Fasiləyə Lion şəhərinə dolu yağması səbəb olub.

0
16