Əfsanəvi qrupun solisti infarkt keçirdi

Əfsanəvi qrupun solisti infarkt keçirdi

Konsertdən sonra ürəyi dayandı.

“EXPO 2016 Antalya”da iki gün əvvəl səhnəyə çıxan dünyaca məşhur ingilis musiqi qrupu “Status Quo”nun üzvü Rick Parfitt infarkt keçirib.

Əldə edilən məlumata görə, konsertdən sonra istirahət etmək üçün yerləşdikləri otelə yollanın qrupun 67 yaşlı söz yazarı və gitara ifaçısı həmin gecə ürək tutmasından narahat olub.

Ürəyi dayanan sənətçi oteldəki ilk müdaxilənin ardınca Aspendos Anadolu Xəstəxanasına çatdırılıb. Burada ürək fəaliyyəti bərpa edilən Parfitt, növbəti müalicə üçün şəhər mərkəzindəki Antalya Özəl Anadolu Xəstəxanasına sövq edilib.

Solistin müalicəsi reanimasiyada  davam edir.

Aytən Sadıqzadə

0
13