Ramazan ayının on birinci gününün duası və təqvimi

Ramazan ayının on birinci gününün duası və təqvimi

“İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver”.

Oxu.Az müqəddəs Ramazan ayının 11-cu gününün təqvimi və duasını təqdim edir.

11 ramazan 1436 – 17 iyun 2016

İmsaq: 03:08
İftar: 20:30

11-cu günün duası:

“Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin”.
Tərcümə:

“İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!”

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

0
14