Tərtərdə hərbi sursat tapılıb - FOTO

Tərtərdə hərbi sursat tapılıb - FOTO

ANAMA hesabat hazırlayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən iyunun 16-da Füzuli, Ağdam və Tərtər rayonlarında 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi və 19 partlayış yerinə baxış keçirilib.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, baxış zamanı Tərtərdə 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb.

Gün ərzində ümumilikdə 50440 kv.m ərazi təmizlənib.

0
21