İngiltərə yığmasından ƏZMKAR QƏLƏBƏ

İngiltərə yığmasından ƏZMKAR QƏLƏBƏ

Bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu keçiriləcək.

Lent.az xəbər verir ki, ilk oyunda İngiltərə və Uels milliləri üz-üzə gəlib. Oyunun birinci yarısında Qaret Beylin yerinə yetirdiyi cərimə zərbəsindən sonra ingilis qapıçı Co Hartın da səhvi ilə top qapıdan keçib. İkinci hissəyə İngiltərə yığmasının baş məşqçisi Roy Hocson dəyişikliklərlə başlayıb. Təcrübəli mütəxəssis meydana Ceymi Vardi və Daniel Starrici buraxıb. Məhz bu oyunçuların ikinci yarıda vurduğu qollarla İngiltərə millisi yarışda ilk qələbəsini qazanıb və xallarını 4-ə yüksəldərək qrupunda birinci pilləyə yüksəlib.

Bu günün növbəti oyunları Ukrayna və Şimali İrlandiya, eləcə də Almaniya və Polşa yığmaları arasında keçiriləcək.

0
11