Balotelli “Beşiktaş”a təklif edildi

Balotelli “Beşiktaş”a təklif edildi

“Liverpul”un hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti Mino Rayola məlumat verib.

O bildirib ki, Marionun xidmətində “Beşiktaş” maraqlıdı: “Balotellini “Beşiktaş”a təklif etdim və cavab gözləyirəm. Əminəm ki, bu transfer baş tutacaq. Klubun prezidenti də deyib ki, Balotelli heyətlərinə qatmaq üçün əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti” və “Milan” klublarının da formasını geyinib.

0
9