İngiltərə yığması Uelsə qalib gəldi - VİDEO

İngiltərə yığması Uelsə qalib gəldi - VİDEO

Qələbə qolunu Daniel Starric vurub.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının “B” qrupunda növbəti oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Lansın “Bollar Delelis” stadionunda İngiltərə yığması Uels millisə ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Matçın 42-ci dəqiqəsində Qaret Beyl cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irələ çıxarıb.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci 45 dəqiqə Roy Hodsonun yetirmələrinin üstünlüyü ilə keçib. 

56-cı dəqiqədə Ceyms Vardi hesabda tarazlıq yaradıb. Hakimin əlavə etdiyi dəqiqələrdə isə “Liverpul”un hücumçusu Daniel Starric İngiltərə yığmasının qələbə qolunu vurub.

Bu nəticə ilə İngiltərə millisi dörd xalla “B” qrupunun lideri olub. Uels və Slovakiya yığmaları hərəyə üç xalla 2 və 3-cü yerləri bölüşürlər. Rusiya yığması bir xalla qrup sonuncusudur.

0
13