Bakıda qadın özünü yandırıb

Bakıda qadın özünü yandırıb

Faktla bağlı cinayət işi başlanıb.

Bakıda daha bir intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Zənfurə Əsəd qızı Əhmədova üzərinə yancaq tökərək özünü yandırıb. 

Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

0
20