“Qarabağ” Avstriyanın II Landesliqasının çempionu oldu – FOTO + VİDEO

“Qarabağ” Avstriyanın II Landesliqasının çempionu oldu – FOTO + VİDEO

Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klub çempion oldu.

Azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu Avstriyanın II Landesliqanın çempionu olub. 

Oxu.Az BAKU.WS-a istinadən xəbər verir ki, Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klub çempion oldu.

Liqanın 2015/2016 mövsümünün sonuna iki oyun qalmış “Qarabağ” artıq çempionluq qazanıb. Bununla da Avstriyanın 4-cü liqasının 2016/2017 mövsümündə özü üçün yer sığortalayıb. Qeyd edək ki, bu, Vyana Federal Torpaqlar liqasının ən yüksək pilləsidir.

Liqada qələbəyə əlavə olaraq “Qarabağ” futbol klubu “Vienna Toto Cup” kubokunu başı üzərinə qaldırdı. 

Bu komandaya “Austrian Football Bundesliga” 1,2,3 peşəkar tərkiblərin yarışdığı Avstriya Kubokunda iştirak etmə hüququ qazandırdı.

Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərinin şərəfinə və bu münasibətləri idmanın yardımı ilə möhkəmləndirmək məqsədi ilə yaradılıb. Qarabağın Azərbaycanın ayrılmaz hissəsinin olduğu məlumdur. 

Baş menecer Ramin Şükürov klubun fəaliyyəti və tarixi haqqında danışıb. Onun sözlərinə görə, Vyana – Avstriyanın idman və mədəniyyət paytaxtıdır:

“Biz iki ölkəni Azərbaycan və Avstriyanı öz klubumuzda birləşdirdik, ona görə ki, futbol dünyada ən nüfuzlu oyundur. Bundan başqa, “Qarabağ” klubunun rəhbərliyi futbolu sevir və “Qarabağ”ı daha yüksək pillələrə qaldırmaq istəyir. İlk oynunu “Qarabağ” 2014-cü ildə, Avstriyanın 6-cı liqasında keçirib. Klubda əsas tərkibdən başqa, 7-18 yaş arası uşaqlar və gənclər də məşq edir. Klubun məşqlər üçün “Qarabağ arena”da 4 ha ərazisi var. 

Avstriyanın ən yaxşı memarları tərəfindən yaradılıb və artıq şəhər administrasiyasına təqdim edilən layihə bütün beynəlxalq standartlara cavab verir.

“Qarabağ” klubunun böyük fan-klubu mövcuddur: “Fan-klub əsasən avstriyalı azarkeşlərdən ibarətdir. Amma biz Azərbaycandakı azarkeşlərdən də dəstək gözləyirik. Oyunlarımız, eləcə də “Qarabağ” futbol klubu barədə informasiya ilə klubun sosial şəbəkələrdəki rəsmi səhifələrində, saytında və İnstaqram səhifəsində tanış olmaq mümkündür”.

Qeyd edək ki, klubun prezidenti Orxan Vəliyev biznesmendir. Ali təhsili Avstriya Dövlət İqtisad Universitetində alıb. Klubun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir. 

0
18