Azərbaycandan gətirilən quru südü Rusiyaya buraxmadılar

Azərbaycandan gətirilən quru südü Rusiyaya buraxmadılar

Məhsul geri qaytarılıb.

Azərbaycandan Rusiyaya ixrac olunan 20 ton quru süd ölkəyə geri qaytarılıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi qərar qəbul edib.

Məlumata görə, ixracın dayandırılmasına səbəb Azərbaycandan Rusiyaya məhsul ixrac edən şirkətin icazə sənədlərinin olmaması göstərilib.

Qeyd edilib ki, qadağan edilmiş 20 ton quru süd Dağıstan ərazisində saxlanılıb və Azərbaycana geri göndərilib.

Ülviyyə R. Əli

0
23
Bot