“Canlı Barbi” 18-ci əməliyyatı üçün İstanbulda – FOTO

“Canlı Barbi” 18-ci əməliyyatı üçün İstanbulda – FOTO

Xəyalı cizgi filmi qəhrəmanına bənzəməkdir.

Heyranı olduğu cizgi filmi qəhrəmanına (Jessica Rabbit) bənzəmək üçün 17 dəfə fərqli estetik cərrahi əməliyyat keçirən, “Canlı Barbi” kimi tanınan Pixee Fox 18-ci dəfə cərrahiyyə masasına uzanmaq üçün İstanbula gedib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 19 iyun tarixinə qədər Türkiyədə olacağını deyən Fox, bu dəfə hörümçək toru adlanan estetik prosedur keçirəcək (burada söhbət üzün xüsusi saplarla əməliyyatsız dartılmasından gedir ki, buna “hörümçək toru”) deyilir.

Qeyd edək ki, Pixee Fox bu yaxınlarda təbii rəngi mavi olan gözlərindən birinin rəngini parlaq yaşıla çevirmək üçün Hindistanda göz implantı cərrahi əməliyyatı keçirib.

O, bundan başqa 6 qabırğasını çıxartdırıb, burun əməliyyatları etdirib, ombasına silikon qoydurub, sinəsinə 4 dəfə silikon yerləşdirib.

Aytən Sadıqzadə

0
16