Sabah Fransanın Azərbaycandakı səfirliyi işləməyəcək

Sabah Fransanın Azərbaycandakı səfirliyi işləməyəcək

Diplomatik nümayəndəlik məlumat yayıb.

Fransanın Azərbaycandakı səfirliyi Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran Prisi yarışlarına görə bir gün işləməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətində məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, iyunun 17-də saat 13.00-dan etibarən səfrilik bağlı olacaq.

Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran Prisi iyunun 17-dan 19-dək Bakıda keçiriləcək.

0
12