Yeni təyin olunan icra başçısı kimdir? – FOTO

Yeni təyin olunan icra başçısı kimdir? – FOTO

Ailəlidir, iki övladı var.

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.

Oxu.Az xəbər verir ki, yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədridir.

3 mart 2016-cı ildən Laçın rayon İcra hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Ailəlidir, iki övladı var.

0
12