Bakıda “I Love Baku” incəsənət kompozisiyası açılıb – FOTO

Bakıda “I Love Baku” incəsənət kompozisiyası açılıb – FOTO

Şəhər sakinləri bu gündən etibarən bununla tanış ola biləcəklər.

Heydər Əliyev Mərkəzinin parkında bu gündən “I Love Baku” (“Mən Bakını sevirəm”) incəsənət kompozisiyası açılıb.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkı dincəlmək və əylənmək üçün şəhərin ən gözəl məkanlarından biri sayılır.

Burada hər bir kəs dincələ, gəzintiyə çıxa, parkda açıq havada nümayiş olunan müxtəlif sərgilərə baxa və əlbəttə ki, ən gözəl anlarını foto və videolarda əbədiləşdirə bilər.

Şəhər sakinləri və qonaqlar bu gündən etibarən Heydər Əliyev Mərkəzinin parkında həmçinin “I Love Baku” incəsənət kompozisiyası ilə tanış ola biləcək.

Burada çəkilən fotoları isə sosial şəbəkələrdə #I Baku, #ILoveBaku, #IBaku heşteqləri ilə paylaşa bilərsiniz.

Aytən Sadıqzadə

0
36