Nişanlısı həbsdə olan müğənni haqda: İstəyərsə, dərhal evlənə bilərik – FOTO

Nişanlısı həbsdə olan müğənni haqda: İstəyərsə, dərhal evlənə bilərik – FOTO

“Üzüyüm hələ də barmağımdadır”.

İş adamı Faruk Salman həbsxanada olan nişanlısı, məşhur müğənni Dəniz Səkini aldatdığı və ayrıldıqları haqda dolaşan xəbərləri yalanlayıb.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir qadınla əylənərkən çəkilən fotoşəkilləri mətbuata yayılan F.Salman o xanımın qardaşı qızı olduğunu deyib.

“Dənizi ömrümün sonuna qədər gözləyəcəm. Qardaşımın qızının doğum günündə çəkilən fotoşəkilin belə əks etdirilməsi məni üzdü. Ən çox Dənizin kədərlənməsinə üzülürəm. Dəniz istəyərsə, bu an, bu dəqiqə onunla evlənərəm. Üzüyüm hələ də barmağımdadır”,-deyə iş adamı bildirib.

Xatırladaq ki,  narkotik maddələrin ticarəti və istifadəsinə görə 2014-cü ildə 6 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Türkiyə mətbuatında yer alan xəbərlər görə ifaçının 2017-ci ilin son aylarında həbsdən çıxması gözlənilir. 

Aytən Sadıqzadə

0
20