Braziliyalı model intihar etmək istədi, iflic oldu – FOTO

Braziliyalı model intihar etmək istədi, iflic oldu – FOTO

Yaxınlarından biri onun uzun müddətdir depressiyada olduğunu söyləyib.

Keçən il ölkəsi Braziliyada qatıldığı “Miss Bumbum” (müsabiqədə ən gözəl ombası olan model qalib olur) yarışmasından sonra tanınan Debora Dantas həyatına son vermək məqsədi ilə yüksək bir binanın dördüncü mərtəbəsindən özünü boşluğa buraxıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, təxminən 20 metr hündürlükdən yerə düşən Dantas möcüzə nəticəsində sağ qalıb, amma belindən aşağısı iflic olub.

Həkimlər Debora Dantasın uzun müddətli müalicəyə ehtiyac duyduğunu açıqlayıb. Onlar modelin həyatı boyunca iflic qalmaq təhlükəsi olduğunu da deyiblər.

Debora Dantas xəstə yatağında hazırladığı videoda pərəstişkarlarına səslənərək onun üçün dua etmələrini istəyib:

“Bu videonu məni sevənlərə yardımları üçün təşəkkür etmək məqsədi ilə hazırlamışam”.

Modelin yaxınlarından biri Dantasın uzun müddətdir depressiya yaşadığını, digəri isə intihara cəhddən əvvəl içkili olduğunu söyləyib. 

Aytən Sadıqzadə

0
19