Qaynar çay doğurdan da xərçəngə səbəb olur?

Qaynar çay doğurdan da xərçəngə səbəb olur?

Söhbət qaynarlığı 65 dərəcə Selsidən yüksək olan içkilərdən gedir.

Xəbər veriyimiz kimi, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik qaynar qəhvə və çayın istifadəsinin insan sağlamlığına təhlükəsi ilə bağlı tədqiqatının nəticələrini açıqlayıb.

Agentliyin tədqiqatına əsasən, qaynar çay və qəhvənin istifadəsi qida borusunun xərçənginə səbəb ola bilər. 

Azərbaycanlıların təzə dəmlənmiş “xoruzquyruğu” çay içmək həvəskarı olduğunu nəzərə alaraq, ölkənin baş onkoloqu Azad Kərimlidən xəbəri Oxu.Az-a şərh etməsini istədik.

Baş onkoloq agentliyin tədqiqatını qismən təsdiqləyərək bildirdi ki, xərçəngin yaranma səbəbi naməlum olan xəstəlikdi:

“Əlbəttə ki, qaynar çay içəndə mədənin və qida borusunun selikli qişası yanır və ola bilər ki, yanma nəticəsində sonradan nə isə əmələ gəlsin”.

Amma baş onkoloq bizimlə söhbətində belə bir misalda çəkdi:

“Mənim nənəm çayı qaynayan samovardan süzüb içirdi, 136 il yaşadı”.

Baş onkoloqun bildirib ki, qaynar çayın orqanizmə təsiri fərdi xarakter daşıyır.

Qeyd edək ki, Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyinin həmin tədqiqatının üzərində 23 alim işləyib. Tədqiqatın nəticələri “Lanset” tibbi jurnalında dərc olunub.

0
26