Azərbaycanda 3,3 ton narkotik aşkarlanıb

Azərbaycanda 3,3 ton narkotik aşkarlanıb

Narkotik məhv edilib.

Ölkənin iki rayonunda 3,3 ton narkotik vasitə hesab olunan çətənə kolu aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Şəmkir RPŞ və Goranboy RPŞ əməkdaşları tərəfindən Əliyaqublu kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 513 qram olan 12565 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Göygöl RPŞ və Kəlbəcər RPŞ əməkdaşları tərəfindən Topalhəsənli kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 783 kiloqram olan 2358 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

0
17