® Nissan Pro Pilot diqqətləri öz üzərinə çəkib

® Nissan Pro Pilot diqqətləri öz üzərinə çəkib

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin (G7) dövlət başçılarının növbəti sammiti 26-27 tarixlərində Yaponiyada keçirilib. Sammit ərzində Nissanın mahiyyətcə yeni – Nissan LEAF texnologiyası və prototipi əsasında hazırladığı Nissan Pro Pilot avtomobili böyük marağa səbəb olub. Sammit günləri ərzində 100% ekektrik enerjisindən qaynaqlanan, tam avtomatlaşdırılmış Nissan Pro Pilot tədbir iştirakçılarının ixtiyarında olub. Həmin günlərdə Avropa Şurasının sədri Donald Tuskun Nissan Pro Pilotla hərəkət etməsi və bu avtomobilin imkanlarından məmnun qalması diqqətdən yayınmayıb.

İse-Sima sammiti Nissan Pro Pilot üçün sınaq anlamına gəlirdi. Millimetr həssaslı radarlar, lazer skanerləri, kameralar və tam avtomatlaşdırılmış idarəetməni təmin edən interfeys bu unikal avtomobilin geniş imkanlarını nümayiş etdirmək üçün kifayət edib.

Yeni texnologiyaların üstünlüyünü sammit ərzində Nissan Pro Pilotdan istifadə edən Donald Tusk əməldə hiss edib. Onun avtomobili nəqliyyat vasitəsinin ətrafını 3D rejimində millimetr  dəqiqliyi ilə ölçən və optimal hərəkət trayektoriayası cızan lazer naviqasiya sistemi ilə idarə olunub. Bu avtomobildə istifadə olunan digər bir inqilabı yenilik 8 istiqaməti 360° bucaq altında görməyə malik  kameradır. Bu texnologiya dönmə əməliyyatları və yol kəsişmələrində manevrlər zamanı vəziyyəti avtonom şəkildə dəyərləndirməyə imkan verir və avtomobilə maneəsiz keçmə imkanı yaradır. Bu yenilik Nissanın ABŞ və Yaponiyada keçirdiyi sınaqlardan müvəffəqiyyətlə keçərək, texnologiya dünyasında yeni səhifə açıb.

İnsan müdaxiləsi olmadan idarə olunan Nissan Pro Pilot avtomobili 2018-ci ildən etibarən hərəkət zolaqlarını vəziyyətə uyğun şəkildə dəyişməyi bacaracaq. 2020-ci ildən etibarən isə bu avtomobillərə ən sıx hərəkərli magistral və şəhər küçələrində rast gəlmək mümkün olacaq.

www.nissan.az

Ünvan: Bakı şəh. Babək pr. 31  

Tel: 012 448 38 38

0
12