Öldürülən iş adamının bacısı: Deyirlər ki, başını kəsiblər – VİDEO

Öldürülən iş adamının bacısı: Deyirlər ki, başını kəsiblər – VİDEO

İki aydır yanına gəlmirdim.

Xaçmaz şəhərində qətl hadisəsi törədilib.

Oxu.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu bu gün yaşadığı evdə qətlə yetirilib. 

O, hadisə zamanı evdə tək olub. Mərhumun yaxınları qətldən səhər saatlarında xəbər tutublar. 

Qətlə yetirilən şəxsin bacısı Əzimə Məmmədova: 

“O, kənddə müəllim işləyib. Sonra gəldi yanıma, alverə qurşandı. İki aydır ki yanına gəlmirdim. Hələ evə girməmişəm. Biri deyir ki ölüb, biri deyir ki, başını kəsiblər, mənim də xəbərim yoxdur”.

İki uşaq atası olan İlqar Məmmədov evində ticarət mallarının topdansatışı ilə məşğul idi.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb.

0
30