İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib

İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib. 

Oxu.Az-ın xəbərinə görə, görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub. 

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

0
11